General dəfn olundu - Elçin Quliyevlə Zakir Həsənov məzarlıqda - FOTOLAR + YENİLƏNİB

General dəfn olundu - Elçin Quliyevlə Zakir Həsənov məzarlıqda - FOTOLAR + YENİLƏNİB
11:50

Sərhəd Qoşunlarının keçmiş komandanı, general-mayor Abbasəli Novruzov vəfat edib.

News365.az xəbər verir ki, 89 yaşında dünyasını dəyişən general bu gün dəfn edilib.

Mərhum Hərbi Memorial Məzarlıqda torpağa tapşırılıb. Mərasimdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, müdafiə naziri general-polkovnik Zakir Həsənov, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və digər vəzifəli şəxslər iştirak ediblər.

Generalın tabutu bükülmüş bayraq onun oğluna təqdim edilib. Mərhum torpağa tapşırıldıqdan sonra məzarı üstünə gül dəstələri, əklillər düzülüb.

Abbasəli Novruzov 1994-cü il aprelin 8-də Azərbaycanın milli təhlükəsizlik nazirinin müavini, Sərhəd Qoşunlarının komandanı təyin edilib. O, 2001-ci ilə qədər bu vəzifəni tutub.

Dəfn yerindən fotoları təqdim edirik:





































Sizin reklam burada
Sizin reklam burada