Bu, bizim üçün böyük bir siqnal oldu - Qurban Qurbanov

Bu, bizim üçün böyük bir siqnal oldu - Qurban Qurbanov
22:20

İlk oyunumuz idi. Əvvəlcə bütün komandalarımıza, hər bir futbolçumuza və məşqçimizə uğurlar arzulayıram. İnanıram ki, bu çempionat daha aktiv və maraqlı keçəcək.

News365.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Şamaxı”ya 3-1 qalib gəldikləri oyundan sonra deyib.

“Oyuna gəldikdə, gördüyünüz kimi, gərgin qarşılaşma oldu. Yeni rəqib idi və onları o qədər yaxından tanımırdıq. Həm məşqçi heyətində, həm də futbolçuların tərkibində xeyli dəyişikliklər olmuşdu. Bu baxımdan çox vacib qələbə qazandıq.

Futbolçularımız bir qədər yoruldular. Buna baxmayaraq ikinci hissədə daha yaxşı xarakter göstərdilər və sonda qələbə əldə edə bildik. Məncə, bütün oyunlar belə gərgin keçəcək. İlk qarşılaşmadan bizim üçün böyük bir siqnal oldu ki, bütün oyunlara çox ciddi yanaşmalıyıq", - Q.Qurbanov qeyd edib.


Sizin reklam burada
Sizin reklam burada