Kim Çen İn Trampa “hə” deyib

Kim Çen İn Trampa “hə” deyib
17 Avq 2026 23:00

Şimali Koreya lideri Kim Çen In ABŞ Prezidenti Donald Trampın danışıqlar keçirmək təklifini qəbul edib.

News365.az xəbər verir ki, bunu Tramp jurnalistlərlə söhbəti zamanı bildirib.

Bundan əvvəl ABŞ lideri Pentaqonun rəhbəri Pit Heqsetə Cənubi Koreya ilə birgə hərbi təlimlərin miqyasını əhəmiyyətli dərəcədə azaltmağı tapşırdığını açıqlamışdı. Tramp bu təlimlərin KXDR-ə "tamamilə yersiz və düşməncəsinə siqnal" verdiyini bildirmişdi.

O, həmçinin Şimali Koreya lideri Kim Çen Inla "çox yaxşı münasibətlərinin" olduğunu vurğulamışdı.


Sizin reklam burada
Sizin reklam burada