Azərbaycanın milli-mənəvi dəyərləri, tarixi şəxsiyyətləri və xalqımızın qəhrəmanlıq salnaməsi hər bir azərbaycanlının müqəddəs toxunulmazıdır. Lakin təəssüf hissi ilə qeyd etməliyik ki, xaricdə oturan Qurban Cəlal oğlu Məmmədov və Azərbaycanda fəaliyyət göstərən Sərdar Cəlal oğlu Məmmədov bu müqəddəs dəyərlərə qarşı uzun müddətdir ki, sistemli şəkildə şər və böhtan kampaniyası aparırlar. Tarixi faktlar və arxiv sənədləri göstərir ki, insanın öz keçmişinə və kökünə olan münasibəti, onun bugünkü əməllərində əks olunur. "Ot kök üstə bitər" kəlamı bu kontekstdə bir həqiqəti ortaya qoyur: kökündə xəyanət və yabançılıq olanların, bu gün xalqın qəhrəmanlarına dil uzatması təsadüfi deyil.
Təqdim olunan arxiv məlumatlarına görə, Sərdar və Qurban Məmmədovların şəcərəsi olduqca düşündürücü faktlarla doludur. Qeyd olunan şəcərəni Sərdar və Qurban Məmmədovların ulu babası Qurbanəli 1878-ci il tarixdə Çar hökuməti nümayəndəsinə vermişdir və bu sənəd Sankt-Peterburq arxivində saxlanılır. Şəcərəyə əsasən Məmmədov qardaşları erməni əsillidir.
Ailənin şəcərə ardıcıllığı və illəri aşağıdakı kimidir:
Məmmədov Qurban Cəlal oğlu
Məmmədov Cəlal Əbdül oğlu — (1919)
Məmmədov Əbdül Məmməd oğlu — (1875)
Məmməd Qurbanəli oğlu — (1853)
Qurbanəli Mehrəli oğlu — (1808)
Mehrəli Sultanəli oğlu — (1771)
Sultanəli Əlimərdan (Mehrəng Manuk) oğlu — (1737)
Mehrəng Manuk (Əlimərdan) Söhrab oğlu — (1704)
Söhrab Yakop Semonov oğlu — (1681)
Yakop Semonov — (1653).
Şəcərəyə əsasən, onların ulu babası Yakop Semonov Xoy şəhərində yaşayıb və assuriya-erməni kilsəsinə tabe olub. Yakopun nəvəsi Mehrəng Manuk Xoy şəhərindən qaçaraq (səbəbi bilinmir) Naxçıvanın Siyaqut kəndində məskunlaşmış, Məhəmmədiliyi (islamı) qəbul etmiş, adını Əlimərdan Əhməd oğlu olaraq dəyişdirmişdir. Mehrəng Manukun (Əlimərdan) oğlu Söhrab isə 1764-cü ildə Cəhri kəndinə köçərək orada məskunlaşmışdır. Bu tarixi keçmiş, Məmmədov qardaşlarının bu gün nümayiş etdirdiyi qərəzli və destruktiv mövqeyin genetik və tarixi kökləri barədə ciddi suallar doğurur.
Məmmədov qardaşlarının ulu babalarının fəaliyyəti ilə bağlı arxivlərdə bir sıra ağır faktlar mövcuddur:
1-ci fakt (1876-cı il):
Cəhri kəndinin bəylərindən biri olan Kəngərli nəslindən Qulaməli bəy Sultan Həsənəli bəy Sultan oğlu idi. Erməni millətindən olan, eyni zamanda Cəhri kənd sakini Poqos Markarovun oğlu Martiros (bax: Kameral təsvir 1873-28/80) 1874-cü ildə Sankt-Peterburqda təhsil alıb Cəhriyə qayıtmışdı. Çar hökuməti onu Cəhri kənd icmasına vergi yığan və dəftərxanaya nəzarət edən təyin etmişdi. O, öz vəzifəsindən sui-istifadə edərək kənd camaatından (xüsusən müsəlmanlardan) 2 dəfədən artıq vergi alar, çox özbaşınalıq edərdi. 1876-cı ildə Cəhri kəndinə yaxın Yurdçu dizə zəmisində işləyən bir qızı zorlayır. Bu hadisəni törədən erməniyə məhkəmə yolu ilə heç bir fakt sübut etmək olmur və o, cəzasız qalır.
Amma bir neçə gün sonra Cəhri bəylərindən olan, həm də hərbiçi olan Qulaməli bəy bu erməniyə cəza verir. İşgəncələrdən sonra köməkçilərinə əmr edir ki, onu meşədə yarımcan vəziyyətdə basdırsınlar. Lakin köməkçilərindən biri — Məmməd Qurbanəli oğlu (bax: 1873-cü il - 181/334, Sərdar və Qurban Cəlal oğullarının ulu babası) onu basdırmır və ruslara təhvil verir. Nəticədə məhkəmə təşkil olunur, bəyi neçə illik həbs edirlər və məhkəmədə Məmməd Qurbanəli oğlu da bəyin üzünə duranlardan olur.
(Müvafiq arxiv sənədləri: fond 978, op 1, d. 4; fond 400, op 1, d. 7; fond 69, op 4, d. 795).
2-ci fakt (1878-1887-ci illər):
Bu illər ərzində Naxçıvan qəzasının Cəhri kəndinə aid bir çox müraciətlər mövcuddur. Bunların çoxu ruslara kənddə olan dindarları və kəndin sayılıb-seçilən şəxsləri haqqında yalan çatdırılmalardır. Bütün bunları Məmməd Qurbanəli oğlu qardaşları Əhməd və Əli ilə birlikdə törətmişdir.
3-cü fakt:
Qaçaqlara qarşı hərəkətləri də ayrıca araşdırma mövzusudur.
Məmməd Qurbanəli oğlunun 14 Aprel 1876-cı il tarixli İfadəsi
Naxçıvan şəhərində qeydə alınmış bu sənəd həmin nəslin əsl simasını açıq şəkildə nümayiş etdirir:
"Cəhri kənd sakini Məmməd Qurbanəli oğlunun (Qulaməli bəy Həsənəli Sultan oğlunun köməkçisi) məlumatı.
Şahidlik edirəm ki, Kəngərli nəslindən olan Cəhri bəyi Qulaməli bəy Martiros Markorovu taxta ilə ölümcül döydükdən sonra bizə onun ölmüş olmasa belə diri-diri torpağa basdırılmasını əmr etmişdir.
Mən və Hüseyn Abbas oğlu bizim ağamız cənab Martirosu meşəyə apardıq və ona kömək edib pristav məntəqəsinə gətirdik. Şərəf hissi ilə bildirmək istəyirəm ki, biz hər zaman əlahəzrətin (çarı nəzərdə tutur) məmurlarına xidmət edəcəyik.
Mən şəxsən məhkəmədə Qulaməli bəyin əleyhinə ifadə verməyə hazıram. Onun (Qulaməli bəyin) guya bizim cənab ağamızı (Martirosu) Yurd-Dizədə azyaşlı qızı zorladığı üçün cəzalandırdığını deməsi yalandır. O, (yəni Qulaməli bəy) sadəcə olaraq ermənilərə və xristian inancına nifrət edir.
Mən Əlahəzrətin (Çarın) sadiq quluyam.
Məmməd Qurbanəli oğlu".
Bu gün Sərdar və Qurban Məmmədovlar, xalqımızın azadlıq rəmzi olan Qaçaq Nəbiyə və onun cəsur silahdaşı, həyat yoldaşı Həcər xanıma qarşı qərəzli və ləkələyici fikirlər səsləndirməklə milli yaddaşımızı hədəf alırlar. Qaçaq Nəbi xalqın azadlığı, ədalət və ləyaqət uğrunda mübarizə aparan əvəzolunmaz qəhrəmandır. Onun fəaliyyətinə kölgə salmağa çalışanlar, tarixin özündə məhkum edilmiş, öz keçmişindəki satqınlıq və xəyanət ənənəsini bu gün də davam etdirən ünsürlərdir.
Xaricdə oturan Qurban Məmmədovun və Azərbaycanda fəaliyyət göstərən Sərdar Məmmədovun bu çirkin kampaniyası, sadəcə tarixi şəxsiyyətlərimizə deyil, bütün Azərbaycan xalqının qüruruna açıq təhqirdir.
Vüqar Calaloğlu.



