Türkiyədə kişi keçmiş sevgilisinin yaşadığı binanı yandırıb.
News365.az xəbər verir ki, hadisə zamanı mənzildə olan qadının atası şübhəlinin benzin tökdüyünü görüb və ona müdaxilə etməyə çalışıb.
Şübhəli alışqanı yandıraraq hadisə yerindən qaçıb.
Məlumata görə, ailə bir neçə aydır şübhəlinin təhdidlərinə məruz qalır. Onun daha əvvəl də evin şüşələrini sındırdığı və binanı yandırmağa cəhd etdiyi bildirilir.
Yanğına sakinlər müdaxilə edib, hadisə yerinə polis və yanğınsöndürənlər cəlb olunub.
Şübhəlinin saxlanılması istiqamətində araşdırma aparılır.