İctimai şüurda təhlükəsizliklə bağlı ciddi çatışmazlıqlar var… Fərhad Mehdiyev yazır

İctimai şüurda təhlükəsizliklə bağlı ciddi çatışmazlıqlar var… Fərhad Mehdiyev yazır
19:10

İctimai şüurda təhlükəsizliklə bağlı ciddi çatışmazlıqlar var. 

News365.az xəbər verir ki, bu sözləri professor, hüquqşünas Fərhad Mehdiyev öz sosial şəbəkə hesabında deyib.

O, qeyd edib ki, mümkün olmalı olmayan risklərin reallaşdığını görmək üzücüdür. Hələ də anlamaq olmur ki, o necə nasos idi, necə quraşdırılmışdı, uşaq necə gedib ora düşmüşdü - bunu anlamaq olmur. Halbuki belə bir risk heç vaxt reallaşmamlıdır. 

Deməli valideynlər heç kəsə və heç bir yerə güvənməməli, daim uşağın təhlükəsiz şəraitdə olmasına özü nəzarət etməlidir, bunun üçün özü də hansı hallarda handı təhlükələr yaranır - bundan başı çıxmalıdır. Peşəkar idarəetmə çox yerdə yoxdur; odur ki uşağınızı üzmə hovuzuna yazdırsanız, gərək məşq sırasında orada gözləyəsiniz ya da uşaq əyninə xilasetmə gödəkçəsi ilə girməlidir, biraz üzməyi öyrənənə qədər. Məsuliyyətli, peşəkar və vicdanlı işçi qıtlığı hər yerdə var. Məsələn: mənim qızım Abşeron Rayon Mərkəzi Xəstəxanasında 1 litrdən çox qan itirdiyi halda, ona həmin xarabada heç qan köçürülmədi. 

4 yaşlı uşağın anasının atasının necə bir faciə yaşadıqlarını çoxumuz təsəvvür edə bilmərik. Amma onlar hər gün ölürlər, sonra necə olub sağ qaldıqlarına biraz da utanırlar.

Fərhad MEHDİYEV

Hüquqşünas


Sizin reklam burada
Sizin reklam burada