Yunanıstanda helikopter qəzaya UĞRAYIB

Yunanıstanda helikopter qəzaya UĞRAYIB
22:00

Egey dənizindəki Yunanıstanın Sifnos adasında kiçik şəxsi helikopter qəzaya uğrayıb, nəticədə göyərtədə olan 3 nəfərin hamsı ölüb.

News365.az xəbər verir ki, bu barədə "Ekathimerini" istinadən məlumat yayıb  

İlkin məlumatlara görə, helikopter yerə çırpıldıqdan sonra alışıb. Yanğını yerli yanğınsöndürmə briqadaları söndürüb.

Helikopter Tolos bölgəsindəki aerodromdan havalandıqdan az sonra yaşayış məntəqəsində qəzaya uğrayıb. Ölən pilotun və iki sərnişinin şəxsiyyəti hələ müəyyən edilməyib.

Aviaqəzanın səbəbləri araşdırılır.


Sizin reklam burada
Sizin reklam burada