Ermənistan azərbaycanlı əsgəri 2 aylığa həbs etdi

Ermənistan azərbaycanlı əsgəri 2 aylığa həbs etdi
17:20

Ermənistanda saxlanılan azərbaycanlı əsgər Nəsimi Rəhim oğlu Musayev barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

News365.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, cinayət işi çərçivəsində Musayev barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə vəsatət təqdim edilib.

Ermənistan Baş Prokurorluğu oktyabrın 2-də Azərbaycan Ordusunun əsgəri Nəsimi Musayev barəsində açıq cinayət təqibinə başlanıldığını açıqlayıb.

O, Ermənistan Cinayət Məcəlləsinin dövlət sərhədini qanunsuz keçmə, hərbi təyinatlı məhsulların, texnikanın, odlu silahın və digər maddə, qurğu, əşya və malların qaçaqmalçılığı, odlu silahın, onun əsas hissələrinin və döyüş sursatlarının qanunsuz dövriyyəsi, yaşayış sahəsinin toxunulmazlığının pozulması, eləcə də sağlamlığa ağır zərər vurma ilə bağlı maddələri ilə ittiham olunur.

Söhbət Cinayət Məcəlləsinin 469-cu maddəsinin 1-ci hissəsi, 340-cı maddəsinin 1-ci hissəsi, 335-ci maddəsinin 1-ci hissəsi, 207-ci maddəsinin 1-ci hissəsi və 166-cı maddəsinin 2-ci hissəsinin 4-cü və 6-cı bəndlərindən gedir.


Sizin reklam burada
Sizin reklam burada