"Çin münaqişəyə qoşularsa, Rusiyaya dəstək zəifləyə bilər"- ŞƏRH

"Çin münaqişəyə qoşularsa, Rusiyaya dəstək zəifləyə bilər"- ŞƏRH
13:12

"Çin münaqişəyə qoşularsa, Rusiyaya dəstək zəifləyə bilər."

Politoloq Rəşad Bayramov bu sözləri News365.az-a açıqlamasında deyib. 


"Hindistanla hər hansı uzunmüddətli müharibənin baş verməsi və bu prosesə Çinin də cəlb olunması, heç bir halda Rusiyanın maraqlarına uyğun deyil. Birincisi, Çin bu münaqişəyə daxil olarsa, Rusiyaya göstərdiyi dəstəyi azalda bilər. İkincisi, Hindistanın uzun müddət münaqişəyə sürüklənməsi, bu ölkədə istehsalat və digər sahələrdə geriləməyə səbəb olacaq. Halbuki, Hindistan bu gün Rusiyanın ən böyük qaz alıcılarından biridir. Bu vəziyyət avtomatik olaraq Rusiyanın iqtisadi qazancının azalmasına gətirib çıxara bilər.

Bu səbəbdən düşünürəm ki, Rusiya bu mərhələdə Hindistanla Pakistan arasında yaranmış gərginliyin tez bir zamanda aradan qaldırılmasında maraqlıdır. Əks mövqe tutması, Rusiyanın öz maraqlarına ciddi zərbə vura bilər. Rusiya şübhəsiz ki, bu situasiyanı dərindən təhlil edir. Çünki Cənubi Asiyada müharibənin alovlanması dolayısı ilə Rusiya-Ukrayna müharibəsinin gedişatına da təsir göstərə bilər.

Yaddan çıxarmamalıyıq ki, əgər Asiyada genişmiqyaslı müharibə başlasa – bu prosesə Çin, Pakistan və ABŞ da qoşularsa və Hindistana açıq dəstək verilərsə – qlobal gərginlik yeni mərhələyə keçə bilər. Belə bir vəziyyət isə Rusiyanın vəziyyətini daha da çətinləşdirəcək, asanlaşdırmayacaq.


Sizin reklam burada
Sizin reklam burada