Kirayə mənzil almaq istəyənlərə şad xəbər: 91 yeni mənzil seçimə çıxarılır

Kirayə mənzil almaq istəyənlərə şad xəbər: 91 yeni mənzil seçimə çıxarılır
13:05

İpoteka və Kredit Zəmanət Fondu 91 yeni mənzili kirayə mexanizmi ilə vətəndaşlara təqdim edir.

News365.az xəbər verir ki, Fondun məlumatına görə, mənzillər Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən yaşayış kompleksindən 27, Sumqayıt şəhəri, Sülh prospektindəki kompleksdən 38, Abşeron rayonu, Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsindəki kompleksdən isə 26 mənzili əhatə edir.

Təqdim olunan mənzillər 1, 2 və 3 otaqlı, tam təmirlidir. Aylıq ödənişlər 419 manatdan başlayır.

Yeni mənzillər noyabrın 24-də saat 15:00-dan etibarən seçimə açıq olacaq. Vətəndaşlar mənzillərin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.

Müraciətlərin qəbulu və mənzillərin seçimi “Mygov” portalında yerləşən “Elektron ipoteka və kredit zəmanət” sistemi üzərindən həyata keçiriləcək.

Ərizəçilər müraciətlərini SİMA İmzanın biometrik identifikasiya funksionallığı vasitəsilə təsdiq edə biləcəklər.

SİMA İmzanın biometrik identifikasiya üsulunun tətbiqi ilə bağlı təlimatla bu keçid vasitəsilə tanış olmaq mümkündür.


Sizin reklam burada
Sizin reklam burada