Yol polisi səhhəti pisləşən əcnəbi sürücünün köməyinə çatdı - VİDEO

Yol polisi səhhəti pisləşən əcnəbi sürücünün köməyinə çatdı - VİDEO
12:19

Bakı-Qazax avtomagistralı üzərində yerləşən stasionar postda xidmət aparan YPX Alayının əməkdaşları posta yaxınlaşan yük avtomobilinin asta sürətlə və ziqzaqvarı hərəkətini müşahidə edib. Avtomobil nəzarətə götürülərək saxlanılıb.

News365.az xəbər verir ki, sükan arxasında olan əcnəbi sürücü ilkin ifadəsində səhhəti kəskin pisləşdiyi üçün yıxıldığını və halsızlıqdan avtomobili idarə etmək iqtidarında olmadığını bildirib.

Dərhal sürücüyə ilkin tibbi yardım göstərilib və əraziyə təcili tibbi yardım briqadası çağırılıb.

Səhhəti normallaşan sürücü düşdüyü çətin vəziyyətdə köməyinə çatan polis əməkdaşlarına səmimi təşəkkürünü bildirib.  

Baş Dövlət Yol Polisi İdarəsi şəfqətli davranışın polisin başlıca vəzifə borcu olduğunu qeyd etməklə yanaşı, son vaxtlar oxşar hadisələrin sayının artmasını nəzərə alaraq, bir daha səhhətində ciddi problemlər olan sürücülərdən sükan arxasına əyləşməməyi, özlərinin və digər  hərəkət iştirakçılarının həyatını təhlükəyə atmamağı xahiş edir.

 



Sizin reklam burada
Sizin reklam burada