Azərbaycanın bəzi media resurslarında 2025-ci il yanvarın 1-də Azərbaycan Hava Yollarının (AZAL) Bakı–Kazan reysinin Rusiyanın Həştərxan şəhəri üzərində guya təhlükə ilə üzləşməsi barədə məlumat yayılıb. AZAL-ın adıçəkilən reysi cədvələ uyğun olaraq və beynəlxalq təhlükəsizlik standartlarına tam riayət edilməklə yerinə yetirilib.
News365.az xəbər verir ki, bu barədə Azərbaycan Hava Yolları QSC-nin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Azərbaycan Hava Yollarına (AZAL) məxsus Embraer 190/195 təyyarəsinin Bakı-Kazan marşrutu üzrə uçuş zamanı yanvarın 1-də Həştərxan üzərində radio maneələr və GPRS pozuntuları ilə üzləşdiyi barədə məlumat yayılmışdı.