Yazın gəlişi ilə əlaqədar olaraq qış yuxusundan ayılan ayıların insanlara hücumları artıb. Məsələn, Rusiyanın Primorye bölgəsində ayı hücumu nəticəsində bir nəfər yaralanıb. Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsindən məlumat verilib.
Hadisə Vısokoqorsk kəndindəki meşəlik ərazidə baş verib. Polisin məlumatına görə, vəhşi heyvan 29 yaşlı kişiyə hücum edib. Hadisədən sonra kişinin tibbi yardıma ehtiyacı olub. Qurbanın vəziyyəti barədə əlavə məlumat verilmir.
"İnsident ilə bağlı polis araşdırma aparır. Hadisə yerinə polis əməkdaşları tərəfindən baxış keçirilib. Vəhşi heyvan ərazidə tapılmayıb", - məlumatda qeyd edilib.
Hazırda Daxili İşlər Nazirliyinin əməkdaşları hadisənin bütün şəraitini araşdırır. Əraziyə yerinə ov müfəttişləri də göndərilib. Daxili İşlər Nazirliyinin əməkdaşları ovçularla və yerli sakinlərlə də söhbətlər aparır ki, onların meşə ərazisinə daxil olmasın.
Tural