Argentina ölkəyə sığınmış nasistlərlə bağlı dosyeni dərc edib

Argentina ölkəyə sığınmış nasistlərlə bağlı dosyeni dərc edib
12:43

Argentina hökuməti İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra Cənubi Amerika ölkəsinə sığınan nasist cinayətkarlarının fəaliyyətinə işıq salan arxiv materiallarını məxfilikdən çıxarıb və ictimaiyyətə açıqlayıb. Bu barədə TASS məlumat yayıb.


Nəşr olunan sənədlər arasında Argentina kəşfiyyatının konslager məhbusları üzərində qeyri-insani təcrübələri ilə tanınan həkim Josef Mengele haqqında tərtib etdiyi dosye isə xüsusi diqqət çəkib.

“Paketə 7 dosyedə toplanmış 1850-dən çox sənəd daxildir”, - nəşr olunan arxivin əlavə təsvirində deyilir.

Portalda xüsusilə İsrail kəşfiyyatı tərəfindən məxfi əməliyyat nəticəsində Argentinadan çıxarılan Adolf Eyxmanın işi ilə bağlı materiallar, konslager mühafizəçisi Edvard Roşman və "Gestapo" zabiti Valter Kutşmanla bağlı məlumatlar da yer alıb.

Tural


Sizin reklam burada
Sizin reklam burada