Rusiyalı məşhur müğənni Alla Puqaçova rusiyalı ictimai fəal Vitali Borodini öldürməyə cəhd edib və ona sui-qəsd hazırlayıb.
News365.az xəbər verir ki, bu iddianı Rusiya Federal Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Layihəsinin (FTBK) rəhbəri Vitali Borodin özü səsləndirib.
O bildirib ki, bu gün Puqaçovaya qarşı Rusiya İstintaq Komitəsinə şikayət ərizəsi təqdim etdiyini bildirib.
“Sot” Teleqram kanalının məlumatına görə, FTBK rəhbəri ədliyyə general-mayoru Andrey Strijova rəsmi sənəd təqdim edərək təhlükəsizliyindən narahat olduğunu deyib. O özünə qarşı sui-qəsd hazırlandığını öyrənib və sifarişçinin Alla Borisovna ola biləcəyini iddia edib. Bütün bunlar onun FTBK-dəki fəaliyyətinin fonunda baş verib.
Borodinin fikrincə, motiv ondan ibarət olub ki, o, Puqaçovanın titullarından, dövlət mükafatlarından məhrum edilməsini, xarici agent kimi tanınmasını və onun fikirlərinə görə cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib. Bundan sonra müğənni, Borodinin iddiasına görə, onu öldürmək qərarına gəlib.
Borodinə və onun yaxınlarına ötən il təhdid mesajları göndərilib, o, polisə müraciət edib. Bu dəfə isə FTBK rəhbəri Puqaçovanın mümkün təhdidlərindən ciddi şəkildə qorxduğunu bildirib və müğənninin “qəsdən adam öldürmə” maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib.