Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti ağır-stabil olaraq qalır.
News365.az xəbər verir ki, bu barədə axar.az-a açıqlamasında şairin köməkçisi Arif Mehmandost deyib.
“Reanimasiya şöbəsindədir, vəziyyəti ağırdır. Huşu yerindədir, danışır, lakin tam özünə gələ bilməyib. Böyrək çatışmazlığı diaqnozu qoyulub”, - o bildirib.
Qeyd edək ki, 95 yaşlı xalq şairi iyun ayının sonlarında xəstəxanaya yerləşdirilib.