Bu həftə göy üzündə həm gərgin, həm də fürsətlərlə dolu astroloji təsirlər ön plana çıxacaq. Məşhur astroloq Dinçer Güner Mars-Saturn kvadratının səbirsizlik, maneələr, ailədaxili problemlər və emosional reaksiyalar baxımından diqqətli olmağı tələb etdiyini bildirib.
Günerin sözlərinə görə, həftənin ilk və ən diqqətçəkən astroloji hadisələrindən biri Mars və Saturn arasında formalaşacaq kvadrat aspektidir. Astroloq qeyd edib ki, Xərçəng bürcündə yerləşən Mars ilə Qoç bürcündəki Saturn arasında yaranacaq gərginlik hərəkətə keçmək istəyini məhdudlaşdıra bilər.
Marsın mübarizə aparmaq və hərəkətə keçmək istəyini təmsil etdiyini bildirən Güner, Saturnun isə bu enerjiyə sərt şəkildə “əyləc” qoyacağını deyib. Bu səbəbdən planların təxirə salınması, bürokratik maneələr və gözlənilməz problemlərin meydana çıxması mümkündür.
Astroloq xüsusilə səbirsizlikdən uzaq durmağı tövsiyə edib. Marsın Xərçəngdə olması səbəbindən emosional reaksiyaların, həssaslığın, incikliyin və küskünlüklərin də arta biləcəyini vurğulayıb.
Dinçer Güner ailə münasibətləri, ev, yaşayış yeri və daşınmaz əmlakla bağlı məsələlərdə gərginlik yaşana biləcəyini bildirib. Onun sözlərinə görə, hər hansı məsələdə həddindən artıq israr etmək vəziyyəti daha da çətinləşdirə bilər. Bəzi hallarda hadisələrin təbii axarına buraxılması daha doğru seçim ola bilər.
Bununla belə, astroloq bu təsirin yalnız mənfi nəticələr gətirməyəcəyini də qeyd edib. Saturnun öz idarə etdiyi sahədən bu aspektə qoşulması səbəbindən ortaya çıxan problemlərin aşılmaz olmadığını və səbrlə onların öhdəsindən gəlməyin mümkün olduğunu bildirib.
Uğur gətirə biləcək astroloji təsir
Həftənin gərgin təsirlərinin fonunda müsbət imkanların da kifayət qədər çox olduğunu deyən Güner, Şir bürcündəki Yupiterlə Qoç bürcündəki Saturn arasında formalaşacaq üçbucaq aspektinə diqqət çəkib.
Astroloq bu güclü astroloji kombinasiyanın xüsusilə orta və uzunmüddətli planlar üçün əlverişli olduğunu bildirib. Onun sözlərinə görə, ayaqları yerə möhkəm basan layihələrə başlamaq, planları sistemli şəkildə həyata keçirmək və uzun müddətdir qurulan xəyalları reallaşdırmaq üçün münasib dövr yaranır.
İş qurmaq, karyerada yeni məsuliyyətlər götürmək, investisiya imkanlarını nəzərdən keçirmək və yeni təhsilə başlamaq istəyənlər üçün də göy üzünün dəstək verdiyini bildirən Güner, xariclə əlaqəli işlər, nəşriyyat, yazıçılıq və hüquqi proseslərdə müsbət inkişafların mümkün olduğunu deyib.
Astroloq uzun müddətdir təxirə salınan layihələrin artıq hərəkətə keçirilməsi üçün də bu dövrün əlverişli olduğunu vurğulayıb.
Dünya gündəminə necə təsir edə bilər?
Dinçer Güner astroloji təsirlərin qlobal miqyasda mümkün əks-sədalarından da danışıb.
Onun sözlərinə görə, Mars-Saturn kvadratı dünya miqyasında ərzaq təhlükəsizliyi, sərhədlər, torpaq məsələləri və təbiət hadisələri ilə bağlı gərginlikləri gündəmə gətirə bilər.
Saturnun Qoçdakı mövqeyinin yanğınlar, partlayışlar və uzun müddət yığılan enerjinin qəfil şəkildə üzə çıxması kimi hadisələrlə əlaqələndirilə biləcəyini bildirən Güner, dünyada müəyyən sərt qarşıdurmaların yaşana biləcəyini qeyd edib.
Digər tərəfdən, Yupiter-Saturn üçbucağının qlobal iqtisadiyyat üçün daha müsbət atmosfer yarada biləcəyini deyən astroloq, bunun investisiya tövsiyəsi olmadığını xüsusi vurğulayıb.
Güner ölkələr arasında böyük iqtisadi razılaşmaların əldə oluna biləcəyini, bazarları rahatlaşdıracaq və iqtisadi baxımdan müsbət qarşılanacaq daha kontrollu addımların atılmasının mümkün olduğunu bildirib.
Beləliklə, astroloqun şərhinə görə, qarşıdakı həftə bir tərəfdən səbir və soyuqqanlılıq tələb edən gərginliklər, digər tərəfdən isə uzunmüddətli planları reallaşdırmaq üçün mühüm imkanlarla yadda qala bilər.