İspaniyada rekord sayda insan istidən ölüb

İspaniyada rekord sayda insan istidən ölüb
14:58

 İspaniyada anomal istilər nəticəsində ümumilikdə 5232 nəfər ölüb. 

News365.az "El Periоdico" qəzetinə istinadən xəbər verir ki, bu barədə MoMo ölüm monitorinq sistemi məlumat yayıb.

Məlumata görə, təkcə avqust ayında istidən 2147 nəfər ölüb. Bu rəqəmlər artıq əvvəlki illərin maksimum göstəricilərini keçib. Belə ki, 2022-ci ildə 4789 ölüm, 2023-cü ildə isə 3035 ölüm halı qeydə alınıb.

Bu il istidən ölənlərin böyük əksəriyyəti 65 yaşdan yuxarı insanlar olub və ümumi sayın 60%-ni qadınlar təşkil edib.


Sizin reklam burada
Sizin reklam burada