Kliniki Tibbi Mərkəzin (KTM) mətbuat katibi Ruzbeh Gülümov (Məmməd) vəzifəsindən ayrılıb.
News365.az xəbər verir ki, bununla bağlı o, sosial hesabında paylaşım edib.
O, işdən öz istəyi ilə ayrıldığını bildirib.
Qeyd edək ki, R.Məmməd 2023-cü ildən sözügedən vəzifəni icra edirdi. Əvvəllər müxtəlif KİV-lərdə işləyib.