Anbardan 70 min manatlıq oğurluq edənlər saxlanıldı

Anbardan 70 min manatlıq oğurluq edənlər saxlanıldı
17:30

Qaradağ rayonu ərazisində fəaliyyət göstərən şirkətlərdən birinə məxsus anbardan ümumi dəyəri 70 min manata yaxın mobil telefon və aksesuarların oğurlanması barədə polisə məlumat daxil olub.

News365.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Polis əməkdaşları əməli törətməkdə şübhəli bilinən 33 yaşlı A.Bağırov və 35 yaşlı R.Rəsullu müəyyən edərək saxlayıblar. Araşdırma zamanı R.Rəsullunun həmin anbarda işlədiyi məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Sizin reklam burada
Sizin reklam burada