Füzulidə avtomobil ağaca çırpılıb, bir nəfər ölüb

Füzulidə avtomobil ağaca çırpılıb, bir nəfər ölüb
14:49

Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News365.az-ın xəbər verir ki, hadisə rayonun Molla Məhərrəmli kəndi ərazisində qeydə alınıb.

Rayonun Babı kənd sakini 1999-cu il təvəllüdlü Sahil Xəlil oğlu Quliyev idarə etdiyi "Mercedes" markalı avtomobillə yoldan çıxaraq ağaclara çırpılıb. Nəticədə sürücü S.Quliyev hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada