Ferhat Göçer və Sinan Akçıl arasında qalmaqal böyüdü – Demet Akalın da işə qarışdı

Ferhat Göçer və Sinan Akçıl arasında qalmaqal böyüdü – Demet Akalın da işə qarışdı
17:23

Türkiyənin məşhur müğənniləri Ferhat Göçer və Sinan Akçıl arasında uzun müddətdir davam edən gərginlik yenidən gündəmə gəlib. Bu dəfə tərəflərin açıqlamaları daha da sərtləşib və məsələ hüquqi müstəviyə keçib.

Göçer “Number1 Star” radio proqramında Sinan Akçıl haqqında danışarkən onun son dövrlərdə musiqidən daha çox media və maqazin gündəmi ilə gündəmə gəldiyini bildirib. Müğənni Akçılı sərt şəkildə tənqid edərək onu öz gözündə “maqazin fiquru” adlandırıb və həmkarına yenidən musiqiyə fokuslanmağı tövsiyə edib.

Göçerin sözləri Sinan Akçılın cavabını gecikdirməyib. Akçıl sosial media hesabından etdiyi paylaşımda Göçerin onun bəzi mahnılarını ifa etməsinin qarşısını almaq üçün hüquqi proses başladacağını açıqlayıb.

Söhbət “Biri Bana Gelsin”, “Vefası Eksik Yarim”, “Kalp Kalbe Karşı Derler”, “Kızım”, “Bunları Boşver”, “Dön Gel Yeter” və “Dokunma Bana” daxil olmaqla yeddi mahnıdan gedir. Akçıl bildirib ki, məsələ ilə bağlı vəkilləri lazımi addımları atacaq.

Qalmaqala daha sonra Demet Akalın da qoşulub. Akalın Akçılı dəstəkləyərək sosial media paylaşımında onun mahnılarının “təmiz ağızlarda” səslənməli olduğunu bildirib və Akçılın bu qərarda gecikdiyini yazıb.

Lakin Akalının bu açıqlaması Ferhat Göçerin də reaksiyasına səbəb olub. Göçer Akalına sərt şəkildə cavab verərək onun məsələyə qarışmasını tənqid edib və “Sən bir sus...” ifadələri ilə həmkarına səslənib.

Beləliklə, əvvəlcə iki müğənni arasında başlayan mübahisə artıq üç məşhur sənətçinin iştirak etdiyi maqazin qalmaqalına çevrilib. Akçılın hüquqi addımının nəticəsinin necə olacağı isə maraqla gözlənilir. 


Sizin reklam burada
Sizin reklam burada