Avqustun 30-na keçən gecə Çikaqoda (İllinoys ştatı) baş vermiş kütləvi atışma nəticəsində ən azı bir nəfər həlak olub, daha doqquz nəfər yaralanıb.
News365.az xəbər verir ki, bu barədə "ABC Nyus" telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, avqustun 29-da yerli vaxtla 23:37 radələrində polis toplaşan insan kütləsini dağıtmaq üçün şəhərin cənubundakı Vaşinqton-park ərazisinə gəlib. Bu zaman atəş səsləri eşidilib.
Nəticədə 10 nəfər yaralanıb. 35 yaşlı qadın aldığı yaralardan xəstəxanada vəfat edib.
Hadisənin səbəbləri və atəş açan şəxsin kimliyi barədə məlumat hələlik daxil olmayıb.