Almaniyada Silahlı İnsident: Kölndə Türkiyə Kafesi Qülləboran Edildi

Almaniyada Silahlı İnsident: Kölndə Türkiyə Kafesi Qülləboran Edildi
16:30

Bazar ertəsi səhər saatlarında Almaniyanın Köln şəhərindəki Bonner Ştrase (Bonner Straße) küçəsində yerləşən türklərə məxsus kafeyə naməlum şəxs tərəfindən bir neçə əldən atəş açılıb. Hadisə polis qüvvələrinin ərazidə genişmiqyaslı əməliyyata başlamasına səbəb olub.

"Bild" qəzetinin polis nümayəndəsinə istinadən verdiyi məlumata görə, şahidlərin bir neçə atəş səsi eşitməsindən sonra saat 07:30 radələrində təcili yardım xidmətinə zəng daxil olub.

Hadisə yerinə gələn polis əməkdaşları obyektdə güllə izləri aşkar edib və patron gilizlərini götürüblər. Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, 9 mm kalibrli silahdan ümumilikdə 4 elə atəş açılıb.

Polisin apardığı istintaq tədbirləri çərçivəsində ərazi lentə alınaraq tamamilə bağlanıb. Hadisə şahidləri ərazidə xüsusi təlim keçmiş polis itlərinin də cəlb olunduğunu bildiriblər.

Polis nümayəndəsinin verdiyi rəsmi məlumata əsasən, atışma nəticəsində xəsarət alan olmayıb.

Şahidlərin sözlərinə görə, qara geyimdə və təxminən 1,70 metr boyunda olan bir kişi hadisə yerindən qaçmağı bacarıb. Onun kafeyə küçənin qarşı tərəfindən atəş açdığı ehtimal edilir.

Qeyd edək ki, son günlər Köln və onun ətraf ərazilərində oxşar silahlı insidentlər tez-tez qeydə alınır. Baza günü Kölün yaxınlığındakı Erftştadt-Köttinqendə iki naməlum şəxs fərdi yaşayış evinə atəş açıb. Bir neçə güllə evə, həyətdəki avtomobilə və qonşu mülkə dəyib.

Avqustun 21-də isə Köln-Mülhaym ərazisindəki zərgərlik mağazasına silahlı basqın edilib. Bir neçə gün sonra Kölün-Vinqstdə yerləşən yaşayış binası da atəşə tutulub.

Polis hazırda bu silahlı hücumların bir-biri ilə əlaqəli olub-olmadığını araşdırır.


Sizin reklam burada
Sizin reklam burada