ABŞ-la İran razılığa gəldi: İkinci raund olacaq...

ABŞ-la İran razılığa gəldi: İkinci raund olacaq...
12 Apr 2025 21:30

ABŞ-İran danışıqlarının ikinci mərhələsi aprelin 19-da keçiriləcək.


News365.az xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Arakçı deyib.


O bildirib ki, Omanda ikinci raundun növbəti həftənin şənbə günü keçirilməsi barədə razılıq əldə edilib.


Onun sözlərinə görə, tərəflər danışıqlar naminə danışıqlar aparmaq istəmirlər.


Xatırladaq ki, bu gün Omanda ABŞ və İran arasında nüvə proqramına dair danışıqlar keçirilib.


Sizin reklam burada
Sizin reklam burada