ABŞ-ın rəsmi siyasəti yalnız iki cinsi tanıyacaq

ABŞ-ın rəsmi siyasəti yalnız iki cinsi tanıyacaq
01:05

ABŞ Prezidenti Donald Tramp andiçmə mərasimindəki çıxışında ölkənin rəsmi siyasətində dəyişiklik ediləcəyini bəyan edib. O, bu gündən etibarən ABŞ-ın yalnız iki cinsi - kişi və qadını tanıyacağını bildirib.

"ABŞ-ın siyasəti kişi və qadın olmaqla, iki cinsi tanımaqdan ibarət olacaq," - deyə Tramp çıxışında vurğulayıb.  

News365.az-ın məlumatına görə, Trampın bu açıqlaması andiçmə mərasimində iştirak edənlər tərəfindən xüsusi alqışlarla qarşılanıb.

Bu addım, ABŞ-da cinsiyyət məsələləri ilə bağlı uzun müddət davam edən müzakirələrə yeni bir istiqamət verə bilər və həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə müxtəlif reaksiyalar doğura bilər.