Əməkdar artist Mehriban Xanlarova şəxsi həyatından danışıb.
News365.az bildirir ki, "Bir gün" verilişində qonaq olan aktrisa ailəsinin dağılma səbəbini açıqlayıb.
"Artıq qadın kimi xoşbəxtlik barədə düşünmürəm. Deyirlər ki, qadına dayaq, qulaq sirdaşı lazımdı. Həmişə qadınların xoşbəxtliyə layiq olduğunu düşünmüşəm. Xəyanəti bağışlasaydım, ailəm olardı, dağılmazdı. Bağışlamadığım üçün günahkaram?
İki dəfə ailəli olmuşam. Mən özüm də çox qısqanc olmuşam. İndi elə deyiləm".