Röya dəniz kənarındakı açıq-saçıq fotolarını niyə çəkdirmişdi? — Bəstəkarın illər sonra açıqladığı səbəb - VİDEO

Röya dəniz kənarındakı açıq-saçıq fotolarını niyə çəkdirmişdi? — Bəstəkarın illər sonra açıqladığı səbəb - VİDEO
22:40

Azərbaycan estradasının ən tanınmış simalarından biri olan Röya Ayxanın karyerasının ilk illəri ilə bağlı maraqlı açıqlama ortaya çıxıb.


News365.az xəbər verir ki, tanınmış bəstəkar Nailə Mirməmmədli illər əvvəl Röyanın Yaltada keçirilən müsabiqədən qayıtdıqdan sonra dəniz kənarında çəkdirdiyi açıq-saçıq fotolarla gündəmə gəlməsinin səbəbindən danışıb.


Bəstəkarın sözlərinə görə, Röya Yaltada keçirilən Beynəlxalq Gənc İfaçılar müsabiqəsində “Tamaşaçı Simpatiyası” nominasiyasını qazandıqdan sonra Azərbaycana qayıdıb. Lakin həmin dövrdə bu uğur mediada gözlənilən diqqəti görməyib.


Nailə Mirməmmədli “ATV maqazin onlarla” verilişində bildirib ki, bundan sonra Röya diqqəti üzərinə çəkmək üçün fərqli addım atıb:


«“Onda da Röya dəniz qırağındakı lüt şəkillərini çəkdirib gündəmə gəldi. Və o tez yayıldı. Bu da prinsip idi. Röya başa saldı ki, sizə deməli bu lazım idi?”»


Bəstəkarın sözlərinə görə, Röyanın “Söylə, necə unudum” mahnısının ifası da asan baş tutmayıb. İlk məşqlər zamanı müğənni mahnını oxumaqda çətinlik çəkib və hətta əsəbiləşərək əlindəki telefonu divara çırpıb.


Sonradan isə mahnını uğurla ifa edən Röya həmin bəstə ilə Yaltadakı müsabiqəyə qatılıb və “Tamaşaçı Simpatiyası” mükafatını qazanıb.


Röya Ayxanın əsl adı nədir?


Müğənninin milyonlarla insanın tanıdığı “Röya Ayxan” adı əslində səhnə adıdır. Onun əsl adı Röyalə Yaqub qızı Nəcəfovadır. “Ayxan” isə müğənninin qardaşının adıdır və Röya bu adı səhnə təxəllüsü kimi götürüb.


Röya 14 iyun 1982-ci ildə Bakıda anadan olub və burada böyüyüb. Əslən Ağdamlıdır. Bakı şəhərinin Nəsimi rayonundakı 5 nömrəli orta məktəbi bitirib.


Maraqlıdır ki, gələcək pop ulduzu ali təhsilini musiqi üzrə deyil, hüquq sahəsində alıb. O, 2004-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsinə qəbul olunub.


Karyerasına “W-Trio” ilə başlayıb


Röya böyük səhnəyə solo ifaçı kimi deyil, qrup üzvü kimi çıxıb. O, bəstəkar Vaqif Gərayzadənin rəhbərliyi ilə fəaliyyət göstərən “W-Trio” qrupunun üzvü olub. Qrupun digər üzvləri Elnarə Xəlilova və Natavan Həbibi idi.


Daha sonra qrupdan ayrılan Röya solo karyeraya başlayıb. 2005-ci ildə Heydər Əliyev Sarayında “Bu gecə” adlı ilk solo konsertini verib.


Elə həmin il Yaltada keçirilən Beynəlxalq Gənc İfaçılar müsabiqəsində “Tamaşaçı Simpatiyası” nominasiyasında laureat olub.


2006-cı ildə isə “Darıxmışam” adlı ikinci solo konsertini təqdim edib və həmin il “İlin Müğənnisi” və “İlin Konserti” nominasiyalarında qalib gəlib.


Röyanın repertuarında “Söylə”, “Darıxmışam”, “Qatar”, “Gəl danış”, “Sənə görə” və “Göndər” kimi məşhur mahnılar yer alır.


2010-cu ildə isə müğənni “Doğma Diyar” adlı xüsusi konsert proqramı ilə Azərbaycanın müxtəlif bölgələrində çıxış edib.


Şəxsi həyatı


Röya 2008-ci ildə iş adamı Anar Cəlilovla ailə həyatı qurub. 2009-cu il oktyabrın 25-də cütlüyün Hüseyn adlı oğlu dünyaya gəlib.


Onların nikahı 2014-cü ildə başa çatıb.


Röyanın valideynləri və qardaşlarının hazırda Türkiyədə yaşadığı, müğənninin ailəsi üçün İstanbulda ev aldığı da bildirilib.


Xalq artisti oldu


Röya Ayxanın sənət fəaliyyəti dövlət səviyyəsində də qiymətləndirilib. O, 2015-ci ildə “Əməkdar artist”, 2019-cu ildə isə “Xalq artisti” fəxri adına layiq görülüb.


Müğənni beynəlxalq səviyyədə də müxtəlif mükafatlara sahib olub və “Pantene Altın Kelebek” mükafatını qazanan ilk azərbaycanlı ifaçılardan biri kimi tarixə düşüb.


Bu gün Röya Ayxan Azərbaycan pop səhnəsinin ən tanınan və ən çox müzakirə olunan simalarından biri olaraq fəaliyyətini davam etdirir. Onun karyerasının ilk illərində yaşadığı çətinliklər, mediada yaratdığı rezonans və səhnədə formalaşdırdığı fərqli obraz isə hələ də müzakirə mövzusudur.


Sizin reklam burada
Sizin reklam burada