“TÜRK MƏDƏNİYYƏTİ VƏ İRSİ SƏFİRİ” Fəxiri adı Təqdim edildi

“TÜRK MƏDƏNİYYƏTİ VƏ İRSİ SƏFİRİ” Fəxiri adı Təqdim edildi
17:05

Sentyabrın 3-də Daşkənd şəhərində keçirilən Özbəkistan və Qazaxıstan Yazıçıları Forumunda bir sıra tanınmış şəxslərə “Türk Mədəniyyəti və İrsi Səfiri” fəxri adı təqdim olunub.

“Türk dünyasının mənəvi irsi: ədəbiyyat – dövrlər və nəsillər arasında dialoq” mövzusunda keçirilən forum çərçivəsində fəxri ad Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən türk dünyasının mədəni və humanitar əməkdaşlığının inkişafına, ortaq mənəvi dəyərlərin qorunması və təbliğinə verdikləri töhfələrə görə təqdim edilib.

Fəxri ada Özbəkistan Prezidentinin müşaviri Xayriddin Sultonov, Qazaxıstan Prezidentinin müşaviri Malik Otarbayev, Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov, Özbəkistan Yazıçılar İttifaqının sədri Sirojiddin Sayyid və Qazaxıstan Yazıçılar İttifaqının sədri Mereke Kulkenov layiq görülüblər.

Fəxri ad sahiblərinə mükafat Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova tərəfindən təqdim edilib.

Qeyd edək ki, “Türk Mədəniyyəti və İrsi Səfiri” fəxri adına ilk dəfə 2025-ci ildə dünya şöhrətli TURAN musiqi kollektivi layiq görülüb.

Fəxri ad türk dünyasının mənəvi birliyinin və ortaq dəyərlərinin möhkəmləndirilməsinə töhfə verən şəxsiyyətlərin xidmətlərinin yüksək qiymətləndirilməsi məqsədi daşıyır.



Sizin reklam burada
Sizin reklam burada