Zaur Rzayevin vəziyyəti ağırlaşıb

Zaur Rzayevin vəziyyəti ağırlaşıb
19:20

Azərbaycanın xalq artisti Zaur Rzayevin son durumu açıqlanıb.

Kult.az xəbər verir ki, TƏBİB-dən bildirilib ki, onun müalicəsi Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir.

Z.Rzayevin vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, xalq artisti sentyabrın 5-də xəstəxanaya yerləşdirilib. Ona qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozları qoyulub. Sənətçiyə zəruri tibbi xidmətlər göstərilib.

Müğənni evə buraxılsa da, vəziyyəti yenidən pisləşib və xəstəxanaya aparılıb.


Sizin reklam burada
Sizin reklam burada