İndiki dövrdə kameralar vasitəsilə dünyanın müxtəlif yerlərini canlı izləmək mümkündür.
News365.az xəbər verir ki, Lakin internet tarixinin ən məşhur ilk veb-kameralarından biri insanları deyil, sadəcə qəhvə aparatını göstərirdi.
Kembric Universitetində çalışan kompüter mütəxəssisləri 1990-cı illərin əvvəllərində qəhvə aparatında içki qalıb-qalmadığını uzaqdan yoxlamaq üçün kamera sistemi qurmuşdular. Məqsəd boş qəhvə qabını görmək üçün dəhlizə gedib vaxt itirməmək idi.
1993-cü ilin noyabrında sistem internetə qoşuldu və qəhvə aparatının görüntüləri artıq universitetdən kənardakı insanlar üçün də əlçatan oldu.
Sadə məqsədlə yaradılan bu sistem internet tarixində maraqlı hadisəyə çevrildi. Qəhvə aparatını göstərən kamera 2001-ci il avqustun 22-də söndürüldü.
Bu hadisə göstərir ki, bu gün gündəlik həyatımızda adi görünən veb-kamera texnologiyasının tarixində belə qeyri-adi ideyalar dayanır.