Ukraynadakı müharibənin
dayandırılmasında ilkin və bəzi ticari məsələlərdəki razılaşmalardan sonra
Rusiyaya münasibət xeyli dəyişib.
Xüsusilə ABŞ-ın Rusiyaya münasibətlərində
bir isinmə var. Və təsadüfi deyil ki, ABŞ-ın Dövlət katibi Marko Rubionun sözlərinə
görə, onlar Rusiya prezidenti Vladimir Putini və Rusiya xarici işlər naziri
Sergey Lavrovu ilin sonunda Mayamidə keçiriləcək G20 tədbirlərində iştirakı
gözlənilir.
ABŞ dövlət katibi Marko Rubionun sözlərinə
görə, Vaşinqton Rusiyanın ABŞ-da keçiriləcək G20 tədbirlərində təmsil oluncağı
artıq şübhə doğurmur.
Rubioya görə, Rusiya prezidenti
Vladimir Putin, ABŞ-lı həmkarı Donald Trampın qərarı ilə dekabr ayında Florida
ştatının Mayami şəhərində keçiriləcək G20 sammitinə dəvət olunub.
"Putinin Mayamidə keçiriləcək
sammitdə iştirak etməsi ehtimalı var, lakin hələlik təsdiq almamışıq."-
deyə Marko Rubio bildirib.
ABŞ dövlət katibi qeyd edib ki,
Rusiya xarici işlər naziri Sergey Lavrovun Corciya ştatının Atlanta şəhərində
keçirilməsi planlaşdırılan G20 xarici işlər nazirlərinin görüşündə iştirakı ilə
bağlı da qeyri-müəyyənlik var.
Rubio əlavə edib ki, ABŞ Lavrovun
görüşdə iştirakına ümid edir.
News365.az