Qara dənizdə 4 yük gəmisi vuruldu

Qara dənizdə 4 yük gəmisi vuruldu
17:00

Rusiya Müdafiə Nazirliyi Qara dənizdə hərbi yük daşıdığı iddia edilən üç quru yük gəmisinin və bir konteyner gəmisinin pilotsuz uçuş aparatları ilə vurulduğunu açıqlayıb.

News365.az xəbər verir ki, nazirliyin iddiasına görə, hücumda “Geran” tipli dronlardan istifadə olunub və hədəfə alınan gəmilər Ukraynaya məxsusdur.

Məlumata görə, oktyabrın əvvəlindən bəri Qara dənizdə, Bolqarıstan və Rumıniya sahilləri yaxınlığında ticarət gəmilərinə qarşı bir sıra hücumlar baş verib. ABŞ mediası bu hücumlar nəticəsində 20-dən çox dənizçinin öldüyünü bildirib.


Sizin reklam burada
Sizin reklam burada