Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

Yardımlının yeni icra başçısı kimdir? – DOSYE
12:47

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Orxan Fərmayıl oğlu Məmmədov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

News365.az xəbər verir ki, Orxan Məmmədov 2025-ci ilin mart ayınadək Yasamal Rayon İcra Hakimiyyəti başçısı Aparatının hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb. 2025-ci il martın 4-də Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin olunub.

O, Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. Həmçinin Bakı Dövlət Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistrantı olub.


Sizin reklam burada
Sizin reklam burada