Bakıdakı Mərkəzi Klinik Xəstəxanada ağır xəstəyə meyitdən ürək transplantasiyası həyata keçirilib.
News365.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, əməliyyata tanınmış kardioloq-cərrah, professor Kamran Musayev rəhbərlik edib.
Artıq xəstənin evə yola salındığı bildirilir.
Kamran Musayev donorun ailəsinə - verdikləri humanist qərarla orqan çatışmazlığından əziyyət çəkən bir neçə insana yaşamaq ümidi bəxş etdiklərinə görə təşəkkür edib.
Bu o deməkdir ki, metitin digər orqanları da orqan çatışmazlığından əziyyət çəkən xəstələrə transplantasiya edilib.
Xatırladaq ki, ötən il Azərbaycanda və Cənubi Qafqazda ilk dəfə Mərkəzi Klinik Xəstəxanada ürək transplantasiyası həyata keçirilmişdi.