AMEA-nın Mərkəzi
Elmi Kitabxanasında Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı
Raimkulova və Kitabxananın direktoru Hüseyn Hüseynovun iştirakı ilə görüş baş
tutub.
News365.az
xəbər verir ki, görüş çərçivəsində
Türk dünyasının zəngin və çoxəsrlik mədəni-tarixinin təbliği və qorunub
saxlanılmasına xidmət edən Fond tərəfindən nəşr olunmuş müxtəlif kitablar
Kitabxanaya hədiyyə olunub. Tərəflər qarşılıqlı əməkdaşlıqdan məmnunluqlarını
ifadə edib, bu əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə və möhkəmlənəcəyinə
əminliklərini vurğulayıblar.
Kitablarla
yaxından tanış olan Hüseyn Hüseynov, Fondun prezidenti Aktotı Raimkulovaya
Kitabxananın fəaliyyəti barədə ətraflı məlumat verib, kitabxana daxilində kiçik
ekskursiya təşkil edərək onun strukturu və xidmətləri ilə tanış edib.
Görüşün
sonunda Mərkəzi Elmi Kitabxananın Diplomatik fondu daxilində Türk Mədəniyyəti və
İrsi Fonduna həsr olunacaq xüsusi guşənin yaradılması qərara alınıb.
Bu təşəbbüs
gələcəkdə Türk dünyasının zənginmədəni irsinin daha geniş təbliği üçün
mühümplatforma olacaq.
News365.az