“Unuda bilmirəm” - deyib unudulan müğənni

“Unuda bilmirəm”  - deyib unudulan müğənni
14:23

Bu gün 70-80-ci illərin populyar müğənisi, xəstəliyini hamıdan gizlədən Hüseynağa Hadıyevin (1946-1994) sabah doğum günüdür.

Anası Törə xanım Cəfər Cabbarlının əmisi qızı olub. O, körpə olanda anası vəfat edir. Hüseynağaya bacısı baxır. 1972-ci ildə o, Sveta adlı xanımla bir-birlərini sevib ailə qururlar. Elə həmin il də Hüseynağa universiteti fərqlənmə diplomu ilə başa vurub hərbi xidmətə yollanır.

70-ci illərin əvvəllərində Gülarə Əliyevanın dəvəti ilə “Dan ulduzu” ansamblında solist kimi fəaliyyətə başlayır. Ömrünün sonuna kimi ansamblın solisti olur. “Mənim dünyam”, “Gecələr bulaq başı”, “Nərgizim”, “Bir xumar baxışla”, “Unuda bilmirəm” mahnıları ilə böyük məşhurluq qazanır. Türk mahnılarının Azərbaycanda ilk ifaçılarından olub. Fərqli stilə malik olan müğənni tez-tez ekranlarda görünsə də geyim tərzləri onun efirə çıxmasına maneə yaradıb. Ondan səhnəyə kostyum geyinib çıxmasını tələb ediblər. Uşaq yaşlarından vərəm xəstəsi olan Hüseynağa Hadıyev bunu ömrü boyu hamıdan gizlədib. Yalnız ömrünün son günlərində xəstəxanada ona baş çəkən sənət dostları bunu həkimlərdən öyrəniblər.

1994-cü ilin yanvarında səhhəti pisləşir “Səkkizinci kilometr”dəki vərəm dispanserinə köçürülür. O, həyat yoldaşının və oğlunun onu ziyarət etməsinə icazə verir. Hüseynağa Hadıyev 1992-ci il yanvarın 12-də dispanserdə dünyasını dəyişib.

News365.az



Sizin reklam burada
Sizin reklam burada