VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Prezident İlham Əliyevin çıxışından irəli gələn əsas prioritet milli mədəniyyətin qorunması və müxtəlif mədəniyyətlər arasında əlaqələrin inkişaf etdirilməsidir.
News365.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu komitənin bu mövzuda keçirdiyi ictimai müzakirədə deyib.
O bildirib ki, mədəniyyət xalqın keçmişini yaşadan, bu gününü zənginləşdirən və gələcəyinə istiqamət verən mənəvi sərvətdir. Əsas vəzifə bu sərvəti qorumaq, dünyaya tanıtmaq və gələcək nəsillərə ötürməkdir.