Həkimin sürücüsü ilə cangüdəni sərxoş halda dalaşdı: Bıçaqlanma baş verdi

Həkimin sürücüsü ilə cangüdəni sərxoş halda dalaşdı: Bıçaqlanma baş verdi
09:50

Sabunçuda həkimin sürücüsü ilə cangüdəni arasında dava bıçaqlanma ilə nəticələnib.

News365.az-ın məlumatına görə, hadisə Sabunçu rayonunun Bilgəh qəsəbəsində, Mirqasımov küçəsində yerləşən villada baş verib.

Məlumata əsasən, həkimin sürücüsü işləyən 1952-ci il təvəllüdlü Həsənağa Mahmudağa oğlu Həsənov həkimi evə apararkən avtomobildə onun cangüdəni ilə mübahisə edib.

Tərəflər arasında yaranan mübahisə daha sonra villada əlbəyaxa davaya çevrilib. Hadisə zamanı hər iki şəxsin sərxoş vəziyyətdə olduğu bildirilir.

Nəticədə 74 yaşlı sürücü bıçaq xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.


Sizin reklam burada
Sizin reklam burada