Tiflisdə partlayış: 8 saat sonra körpə sağ tapıldı

Tiflisdə partlayış: 8 saat sonra körpə sağ tapıldı
22:21

Təxminən 8 saat sonra xilasedicilər dağıntılar altından 3 yaşlı uşağı sağ çıxarıblar.

News365.az xəbər verir ki, uşaq təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb. Onun səhhətinin qənaətbəxş olduğu bildirilir.

Bundan əlavə, dağıntılar altından daha bir nəfərin meyiti tapılıb və bununla da ölənlərin sayı 5-ə çatıb.

Fövqəladə Halların İdarə Edilməsi Xidmətindən verilən məlumata əsasən, hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam edir.


Sizin reklam burada
Sizin reklam burada