AQC nümayəndə heyəti QHT-lərə Dövlət Dəstəyi Agentliyinin rəhbərliyi ilə görüşüb – FOTO

AQC nümayəndə heyəti QHT-lərə Dövlət Dəstəyi Agentliyinin rəhbərliyi ilə görüşüb – FOTO
09:42

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) nümayəndə heyəti ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyi arasında görüş keçirilib.

Agentliyin inzibati binasında baş tutan görüşdə İdarə Heyətinin sədri Aygün Əliyeva, sədr müavini Elnur Bağırlı, baş məsləhətçi-hüquqşünas Cəlal Abdullayev, AQC-nin İdarə Heyətinin sədri Vüqar Oruc, müşavirlər Asif İbrahimov və Nazim Şükürov, İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Orxan Əli və QHT-lərlə əməkdaşlıq üzrə koordinator Fatimə Həsənova iştirak ediblər.

Görüşdə vətəndaş cəmiyyətinin inkişafı, QHT-lərin institusional imkanlarının genişləndirilməsi, dövlət dəstəyi mexanizmləri və Gəncədə keçirilmiş QHT Forumu ətrafında fikir mübadiləsi aparılıb.

Agentliyin İdarə Heyətinin sədri Aygün Əliyeva çıxışında QHT sektorunun inkişafı, dövlət dəstəyi proqramlarının əhəmiyyəti, ictimai təşəbbüslərin təşviqi və Agentliyin qarşıdakı fəaliyyət istiqamətləri barədə danışıb. O, həmçinin tətbiqi nəzərdə tutulan “bir pəncərə” sistemi və xidmətlərin rəqəmsallaşdırılması istiqamətində görülən hazırlıq işləri barədə məlumat verib.

AQC-nin İdarə Heyətinin sədri Vüqar Oruc Cəmiyyətin fəaliyyəti, həyata keçirdiyi layihələr, qiymətləndirmə sektorunun inkişafı və beynəlxalq əməkdaşlıq əlaqələri barədə məlumat verib. Cəmiyyətin IVSC, TEGoVA və Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurası (CAATS) çərçivəsində beynəlxalq təmsilçiliyi xüsusi qeyd olunub.

Görüşdə AQC-nin gələcək layihələri, onların dövlət dəstəyi mexanizmləri çərçivəsində reallaşdırılması imkanları və əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı məsələlər də müzakirə olunub, ölkədə QHT sektorunun inkişaf etdirilməsi ilə bağlı birgə əməkdaşlıq razılaşdırılıb.

media-img_7156

media-img_7146 media-img_7135

media-img_7153


Sizin reklam burada
Sizin reklam burada