Gəncədə xəstəxanada palata yoldaşını öldürməkdə təqsirləndirilən Zaur Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
News365.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda hökm oxunub.
Hökmə əsasən, Zaur Mustafayev əməli anlaqsız vəziyyətdə törətdiyinə görə cinayət məsuliyyətindən azad edilib. Onun barəsində intensiv müşahidə altında ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə tədbiri təyin olunub.
Hadisə bu ilin aprelində Gəncə Psixiatriya Xəstəxanasında baş verib. İttihama görə, Mustafayev palata yoldaşı Miri İsmayılovun əl-qolunu iplə bağladıqdan sonra onu kəndirlə boğaraq öldürüb.
Qeyd edək ki, Zaur Mustafayev Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə adam öldürmə maddəsi ilə ittiham olunub.