Ermənistan Konstitusiyasının dəyişdirilməsindən bir neçə gün sonra Azərbaycanla sülh müqaviləsi imzalanacaq.
News365.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan İctimai Televiziyaya verdiyi müsahibədə deyib.
"Mən Azərbaycanla danışıqlarda iştirak edirəm və konstitusiyaya dəyişiklik edilərsə, müqavilənin imzalanmasının bir neçə gün çəkəcəyini düşünürəm", - deyə o bildirib.