News365.az xəbər verir ki, İran lideri prezident olmasına baxmayaraq, evində istilik cihazlarını yandırmadığını, gecələr isə soyuqdan qorunmaq üçün paltarla yatdığını bildirib.
“Mən evimdə sizin kimi yatmıram. Mən prezidentəm, amma gödəkçə və paltarla yatıram. Evimdə heç bir isitmə cihazı yoxdur. İnanmayanı evimə aparıb göstərə bilərəm”, - Pezeşkian deyib. O, ölkədə qaz, elektrik, benzin və dizel istehlakının azaldılması üçün imkanların olduğunu vurğulayıb. Prezidentin sözlərinə görə, bütün otaqları eyni vaxtda qızdırmağa və evdəki bütün işıqları yandırmağa ehtiyac yoxdur. İnsanlar temperaturu bir qədər aşağı salmaqla da normal həyatlarını davam etdirə bilərlər. İran prezidentinin açıqlaması ölkənin qış mövsümü ərəfəsində enerji təchizatı ilə bağlı narahatlıqların artdığı vaxta təsadüf edir.