Trampın hədəsindən sonra Yaxın Şərq alovlandı: ABŞ-dən İrana sarsıdıcı zərbə

Trampın hədəsindən sonra Yaxın Şərq alovlandı: ABŞ-dən İrana sarsıdıcı zərbə
14:07

ABŞ ordusunun İrana endirdiyi son hava zərbələri regionda gərginliyi pik həddə çatdırıb. Son rəsmi məlumatlara görə, hücumlar nəticəsində həyatını itirənlərin sayı 38 nəfərə yüksəlib, yaralıların sayı isə artıq 400 nəfəri ötüb.

News365.az xarici mediaya istinadən xəbər verir ki, Pentaqonun hədəfi əsasən İranın strateji logistika və nəqliyyat qovşaqları olub. Ağır bombardmanlar zamanı Hörmüzgan əyalətində yerləşən iki mühüm körpü və Bəndər-Abbas şəhərindəki dəmir yolu qovşağı tamamilə sıradan çıxarılıb.

Körfəz ölkələri həyəcan vəziyyətində: Hava hücumundan müdafiə sistemləri işə salındı

Tehranın hərbi cavab addımlarından sonra qonşu ərəb ölkələrində də həyəcan siqnalı çalınıb. Bəhreyn, Küveyt və Qətərdə təhlükəsizlik tədbirləri fövqəladə dərəcəyə qaldırılıb. Adı çəkilən dövlətlərdə hava hücumundan müdafiə (HHM) sistemlərinin aktivləşdirildiyi, yerli əhaliyə isə sığınacaqları tərk etməməklə bağlı ciddi xəbərdarlıq edildiyi bildirilir.

Qeyd edək ki, ABŞ ilə İran arasındakı bu hərbi qarşıdurma, Ağ Ev rəhbəri Donald Trampın İranın enerji sektoru və nəqliyyat infrastrukturunu birbaşa hədəf alacaqları ilə bağlı hədələyici bəyanatından sonra kritik mərhələyə qədəm qoyub.


Sizin reklam burada
Sizin reklam burada