ABŞ prezidenti Donald Tramp İranı “böyük və firavan ölkə” kimi görmək istədiyini bildirib. Bu barədə ABŞ dövlət başçısı “Truth” sosial şəbəkəsindəki hesabında müvafiq məzmunlu yazı dərc edib.
“Mən İranın böyük və çiçəklənən, lakin nüvə silahına malik olmayan bir ölkə olmasını istəyirəm”,- o, deyib.
Fevralın 4-də Amerika lideri Vaşinqtondan Tehrana maksimum təzyiqi bərpa etmək üçün xüsusi fərman imzalayıb. Eyni zamanda prezident ümid etdiyini bildirib ki, ABŞ bu yola tez-tez müraciət etmək məcburiyyətində qalmayacaq.
Tural