Saturn bu günlərdə Yerə ilin ən yaxın məsafələrindən birinə çatır.
News365.az xəbər verir ki, Saturn oktyabr ayında Yerə ilin ən yaxın məsafələrindən birinə çatır və planet gecə səmasında müşahidə üçün əlverişli vəziyyətə gəlir.
Astronomların məlumatına görə, Saturn bu dövrdə gecə saatlarında səmada kifayət qədər parlaq görünəcək. Planetin rəngi adi ulduzlardan fərqli olaraq daha çox krem-ağ çalara malik olacaq və uyğun hava şəraitində onu adi gözlə də görmək mümkün olacaq.
Teleskopdan istifadə edən müşahidəçilər isə Saturnun halqalarını görmək imkanı əldə edə bilərlər. Planetin halqaları onu Günəş sistemindəki digər planetlərdən fərqləndirən ən mühüm xüsusiyyətlərdən biridir.
Astronomiya həvəskarları üçün oktyabr ayı Saturnun müşahidəsi baxımından ilin ən əlverişli dövrlərindən biri hesab olunur.