TikTok Azərbaycanda 600 minə yaxın videonu silib

TikTok Azərbaycanda 600 minə yaxın videonu silib
11:16

TikTok 2026-cı ilin birinci rübü üzrə "İcma Qaydalarının tətbiqi haqqında" hesabatını açıqlayıb. Şirkət rəqəmsal mühitin təhlükəsizliyini qorumaq məqsədilə həm Azərbaycanda, həm də qlobal miqyasda qaydaları pozan milyonlarla kontenti platformadan uzaqlaşdırıb.

Azərbaycan üzrə statistika (Yanvar–Mart 2026):

  • Silinən videolar: İcma Qaydalarını pozduğuna görə 590 mindən çox video silinib.

  • Proaktiv aşkarlama: Videoların 99,4%-i istifadəçilər tərəfindən şikayət edilmədən, birbaşa platformanın özü tərəfindən müəyyən edilərək götürülüb.

  • Operativlik: Qaydalara uyğun olmayan videoların 95,7%-i paylaşıldığı ilk 24 saat ərzində silinib.

  • Müqayisə: TikTok 2025-ci il ərzində Azərbaycanda ümumilikdə 3,6 milyondan çox videonu platformadan silmişdi.

Qlobal göstəricilər: Dünya miqyasında isə eyni dövrdə 184 milyondan çox video silinib. Bu videoların 99,3%-i şikayət daxil olmadan aşkarlanıb, 94,4%-i isə ilk sutka ərzində təmizlənib.

Süni intellekt və canlı yayımlara nəzarət: TikTok 2026-cı ildən etibarən kontent moderasiyasında süni intellekt texnologiyalarından istifadəni genişləndirib. Hazırda silinən kontentin 96%-dən çoxunu məhz avtomatlaşdırılmış sistemlər və süni intellekt aşkarlayır.

Canlı yayımların (LIVE) təhlükəsizliyi çərçivəsində rüb ərzində qlobal olaraq 50,8 milyon yayıb dayandırılıb. Orijinal və keyfiyyətli məzmun yaradan müəllifləri dəstəkləmək məqsədilə qaydaları pozan 58,2 milyondan çox canlı yayım sahibinə xəbərdarlıq edilib və ya onların monetizasiya (qazanc) imkanları məhdudlaşdırılıb.


Sizin reklam burada
Sizin reklam burada