Ermənistanın keçmiş daxili işlər naziri Vahe Kazaryan müdafiə naziri vəzifəsinə mümkün namizəd kimi nəzərdən keçirilir.
News365.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Qəzetin mənbələrinin bildirdiyinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan hazırkı müdafiə naziri Suren Papikyanı vəzifəsindən azad etməyib. Buna səbəb onun yerinə uyğun namizədin hələ müəyyənləşdirilməməsidir.
Məlumata görə, bu fonda Vahe Kazaryan Paşinyanla mümkün təyinatı ilə bağlı danışıqlar aparır.
Qeyd edək ki, Vahe Kazaryan 2023-cü ildən Ermənistanın daxili işlər naziri vəzifəsini tutub. O, 2025-ci ilin iyulunda vəzifəsindən istefa verib.