Şükufə Yusupovanın vəziyyəti necədir?

Şükufə Yusupovanın vəziyyəti necədir?
13:11

Xalq artisti, “Şöhrət” ordenli aktrisa Şükufə Yusupovanın son vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB)  bildirilib ki, aktrisanın çmüalicəsi davam edir: “1954-cü il təvəllüdlü şəxsin (qadın) müalicəsi Yeni Klinikanın müvafiq şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir”.

Qeyd edək ki, avqustun 21-də “İçərişəhər” metrostansiyasının yaxınlığında yolu qarşı tərəfə keçərkən piyada keçidində Xalq artisti Şükufə Yusupovanı maşın vurub. O, Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul olunub. Xəstəyə dərhal ilkin zəruri tibbi xidmətlər göstərilib və müayinələr aparılıb. Aparılan müayinələrin nəticələrinə əsasən pasiyentə çanaq və qabırğanın sınıqları diaqnozları təyin edilib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır./// musavat


Sizin reklam burada
Sizin reklam burada